01:29 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
55 0 0

Hər ikisi yaşıd olan qız və oğlandan 3 gündür xəbər olmadığı bildirilib. Onlar yaxınları tərəfindən axtarılıb.

BAKI, 9 iyul — Sputnik. Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1991-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilib. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. 20 yaşlı V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular