19:02 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Emin Əmrullayev "Facebook" hesabında paylaşım edərək "Yay məktəbi" layihəsində iştirak edən şagirdlərin sayını açıqlayıb.

BAKI, 8 iyul — Sputnik. Təhsil naziri Emin Əmrullayev "Yay məktəbi" layihəsində iştirak edən şagirdlərin sayını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb. Nazirin sözlərinə görə, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən "Yay məktəb"ləri ictimaiyyət tərəfindən də müsbət qarşılanıb: ""Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 274742 nəfər şagird və 59420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi" fəaliyyət göstərib. "Yay məktəbi"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə isə tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənn üzrə məşğələlər təşkil olunub.

Xatırladaq ki, "Yay məktəbi"nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin təşkil edilməsi iyunun 30-da başa çatıb. Onu da qeyd edək ki, Təhsil Nazirliyi "Yay məktəbi"inin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib.

Əsas mövzular