21:08 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Bu yenilik sayəsində 39 saylı avtobusla Şəhidlər Xiyabanına qədər, 169 saylı avtobusla isə "Koroğlu" NMM-ə qədər gəlib-getmək mümkün olacaq.

BAKI, 8 iyul — Sputnik. Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə BNA xəbər yayıb.

Məlumatda bildirilir ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal "Qismət"Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib. 169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti "Koroğlu" NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində "Badamlıq" adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşların "Koroğlu" NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Qeyd edək ki, iyulun 6-da BNA 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edib. Dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.

Əsas mövzular