01:38 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
144 0 0

Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.

BAKI, 8 iyul — Sputnik. Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin psixoloji durumu ilə bağlı ekspert rəyi açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov bildirib.

O deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Gəncə işi" ilə bağlı məhkəmə prosesi iyulun 15-də davam etdiriləcək: "Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər".

"Qafqazinfo"nun məhkəmədən əldə etdiyi məlumata görə, ekspert rəyində, həmçinin, Elmar Vəliyevə "Retroqrad amneziya" diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar. Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır.

Məlumata görə, Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.

Qeyd edək ki, icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd işi ilə bağlı ona atəş açan Yunis Səfərov və daha 11 nəfər hazırda məhkəmədə ittiham edilir.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Yunis Səfərovun ömürlük, digər şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Elmar Vəliyev 2011–2018-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləyib. O, Gəncədə yaşanmış məlum güllələnmə olayından sonra, 2018-ci ilin avqustunda vəzifədən kənarlaşdırılıb.

Əsas mövzular