10:52 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
1 0 0

Təhsil Nazirliyi birinci siniflərə qəbulla bağlı apellyasiya müraciətlərini təqdim etmə qaydasını açıqlayıb.

BAKI, 8 iyul — Sputnik. İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanı yaradılıb. Valideynlər iyulun 8-dən 16-dək mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və cəlb olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi də davam edir.

Xatırladaq ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Əsas mövzular