Azərbaycanlı ədibin əsəri İstanbulu yerindən oynatdı

© AP Photo / Emrah GurelВид на мечеть Сулеймание, фото из архива
Вид на мечеть Сулеймание, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi,

BAKI, 6 iyul — Sputnik. İstanbulda fəaliyyət göstərən Türkiyə–Azərbaycan Vizyon Teatrı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" tamaşasını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşa görkəmli yazıçının 150 illik yubileyinə və teatrın 5 illiyinə həsr olunub. Əsərin ssenarisi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsinə çevrilib. Tamaşa böyük maraqla qarşılanıb.

Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kəmalə Kamaldır.

Baş koordinator meneceri E.Haqverdi bildirib ki, kollektiv bu tamaşanı Azərbaycanda təqdim etməyi səbirsizliklə gözləyir: "Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşa ilə çıxış etməkdir".

Qeyd edək ki, hazırda teatr Avropanın müxtəlif ölkələrində bir sıra festivallara hazırlaşır.

Məlumat üçün bildirək ki, "Yeyərsən qaz ətini, görərsən ləzzətini" səhnə əsəri 1892-ci ildə Peterburqda qələmə alınıb. Pyеsin mövzusu tacir həyatından alınıb. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilib. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir.

Xəbər lenti
0