Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Əfqanıstanla bağlı söz verdi – Lazımı dəstək veriləcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрямая линия с президентом РФ Владимиром Путиным, 20 июня 2019.
Прямая линия с президентом РФ Владимиром Путиным, 20 июня 2019.  - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib

BAKI, 5 iyul — Sputnik. Rusiya Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə bağlı Tacikistana yardım edəcək. Sputnik Azərbaycan "Kremlin"-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistan rəhbəri Emomali Rahmonla telefon danışığı zamanı bildirib.

"Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.

Həmçinin qeyd olunur ki, liderlər Rusiya-Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qarşılıqlı gücləndirilməsi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyətin gərginləşdiyi bildirilir. Qeyd olunur ki, ABŞ və NATO qüvvələrinin çəkildiyi şimal bölgələrini İŞİD-çilər ələ keçirməyə başlayıb.

Qeyd edək ki, iyulun 2-si Birləşmiş Ştatlar və NATO qüvvələri Əfqanıstanın Baqram (Pərvan vilayəti) aviabazasını tərk ediblər.

"Bütün koalisiya qüvvələri Baqramı tərk etdilər", - deyə Pentaqon nümayəndəsi bildirib.

O, qoşunların bazanı konkret olaraq nə vaxt tərk etdiyini açıqlamayıb. Pentaqon rəsmisi eyni zamanda bazanın Əfqanıstan Silahlı Qüvvələrinə nə vaxt qaytarılacağına da aydınlıq gətirməyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Prezidenti Co Bayden aprelin 14-ü Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.

ABŞ Əfqanıstanda əməliyyatlara 2001-ci ilin oktyabrında başlayıb. ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına bu ilin mayından başlanılıb. 2010-2013-cu illərdə əməliyyatların pik zamanı Əfqanıstanda koalisiya qüvvələrinin sayı 150 mindən çox olub. ABŞ və NATO-nun əsas qoşunları bu ölkədən 2014-cü ildə çıxarılıb.

Xatırladaq ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra Əfqanıstan və İraqda hərbi əməliyyatlar keçirib.

Vaşinqtonun keçirdiyi əməliyyatların məqsədlərindən biri "Əl-Qaidə" rəhbəri Üsamə bin Ladenin zərərsizləşdirilməsi idi. ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) ben Ladenin yerinə dair məlumata görə 25 milyon dollar pul mükafatı da qoyub. Ben Laden 2011-ci ildə ABŞ tərəfindən zərərsizləşdirilib.

ABŞ və müttəfiqlərinin İraqda keçirdiyi hərbi əməliyyatlar mart ayında başlayıb və may ayına qədər davam edib. Vaşinqton Səddam Hüseyn rejimini "Əl-Qaidə" daxil olmaqla, beynəlxalq terrorizmdə və kütləvi qırğın silahlarının hazırlanması və saxlanılmasında ittiham edib. Əməliyyatlar nəticəsində Səddam Hüseyn devrilib və edam edilib.

Xəbər lenti
0