Paytaxt yollarında yeni marşrutlar işləyəcək

© Sputnik / Fuad HasanovSədərək ticarət mərkəzində ərəb turistlər
Sədərək ticarət mərkəzində ərəb turistlər - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir.

BAKI, 5 iyul — Sputnik. Dövlət başçısının tapşırığına əsasən, vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir. Bu çərçivədə iyulun 6-dan 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi - "Sədərək" ticarət mərkəzi) üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, 211 nömrəli xətt üzrə avtobuslar qeyd olunan tarixdən Aşıq Molla Cümə küçəsindən başlayaraq hərəkət edəcək.

Son dayanacaq məntəqəsilə bağlı dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilib. Dəyişiklik sayəsində 211 nömrəli marşrut xəttindən gündəlik istifadə edən orta hesabla 12 min çox sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.

Qeyd edək ki, xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Xətt üzrə tarif 0,35 AZN müəyyən olunub.

Xəbər lenti
0