11:54 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
307410

"Palmali" Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov Türkiyənin sabiq xarici işlər naziri Mehmet Ağardan İstanbul prokurorluğuna şikayət ünvanlayıb.

BAKI, 5 iyul — Sputnik. "Palmali" Şirkətlər Qrupunun Prezidenti, azərbaycanlı biznesmen Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün Mübariz Məhsimovun Türkiyənin sabiq xarici işlər naziri Mehmet Ağarla bağlı İstanbul prokurorluğuna şikayət ünvanlayıb. Buna səbəb Mehmet Ağarın KİV-də Mənsimov əleyhinə verdiyi ifadələr olub. O qeyd edib ki, Mənsimov FETÖ lideri Fətullah Güləni dəfələrlə ABŞ-da ziyarət edib. 

Bu il iyunun 29-u azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib.
Xatırladaq ki, martın 5-i azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılmışdı.

Martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəmişdi. Baş Prokurorluğun tələbnaməsində qeyd olunmuşdu:

"Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan, veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və martın 5-dək təxirə salınmışdı.
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilmiş və onun yaşadığı evlərdə axtarış aparılmışdı. Mənsimov Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı.

18:21 - 29.06.2021

Azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Palmali Holding"in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva öz "Facebook" səhifəsində paylaşıb.

Qeyd edək ki, martın 5-i azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunmuşdu:

"Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və martın 5-dək təxirə salınmışdı.

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılmışdı. Mənsimov Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı.

Həmçinin oxuyun:

* Mübariz Mənsimov Baloğlan Əşrəfovla bağlı paylaşım edib - FOTO

* Mübariz Mənsimov barədə məhkəmə qərar verdi

* Mübariz Mənsimov azadlığa buraxılır? - Haqqında yeni tələb var

* Mübariz Mənsimovun bugünkü məhkəməsi yekunlaşıb - "Palmali" nəticələri açıqladı

Əsas mövzular