07:32 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
85 0 0

Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev dünən Bakıya rəsmi səfərə gəlib və bu gün Azərbaycan rəhbərliyi ilə müxtəlif mövzularda müzakirələr aparır.

BAKI, 2 iyul — Sputnik. 2 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini qeyd edərək, inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla ifadə edib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir Ruslan Kazakbayev Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstan naziri, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.

Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. Bu ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı" sənədini imzalayıblar.

12:45

Ermənistanın Oxçuçayı çirkləndirməsi tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda qırğız həmkarı Ruslan Kazakbayevlə görüşün yekunlarında dair keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, böyük miqyaslı problemdir, çünki Oxçuçay Araz çayına tökülür və tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır:

"Bu məsələyə ciddi reaksiya verilməsini tələb edirik. Ermənistanın məsuliyyətdən yayına bilməyəcək. Ermənistanda fəaliyyət göstərən xarici şirkətlərə müraciət edir, onlardan tədbirlərin görülməsini tələb edirik".

Nazir eyni zamanda qeyd edib ki, 30 illik işğala son qoyulduqdan, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra qarşıda duran əsas vəzifə yenidənqurma işlərinin həyata keçirilməsidir.

Ceyhun Bayramov vurğulayıb ki, yüz minlərlə azərbaycanlının azad olunan ərazilərə qayıtması və onlar üçün layiqli həyat şəraitinin yaradılması qarşıda duran əsas işlərdən biridir.

11:48

Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.

10:45

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev arasında görüş başlayıb.

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Twitterdə məlumat yayıb.

"Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevi salamlayır", - deyə tvitdə bildirilir.

Daha sonra isə bildirilib ki, Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev arasında təkbətək görüş keçirilib.

Əsas mövzular