00:51 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.

BAKI, 2 iyul — Sputnik. Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən 15-ci "RefuFest" mədəniyyətlərarası festivalda Azərbaycan da təmsil olunub. Sputnik Azərbaycan xəbər verir ki, Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycanın Çexiyadakı Səfirliyinin maddi dəstəyi və bu ölkədəki Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ olunub.

Festivalda Azərbaycan guşəsini ziyarət edən ölkəmizin Çex Respublikasındakı səfiri Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünu bildirib.

Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.

Festivalda azərbaycanlı gənclər "Sarı gəlin" xalq mahnısını da ifa ediblər.

Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında ingilis, rus və çex dillərində ətraflı məlumat veriblər.

Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Kurasao, Çeçenistan, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ermənistan, Tatarıstan, Ukrayna və Vyetnam xalqlarının mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ olunub.

Əsas mövzular