CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb

© Official website of President of Azerbaijan Republic Первая леди Мехрибан Алиева в Шуше
 Первая леди Мехрибан Алиева в Шуше - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Xalq şairi Musa Yaqub mayın 8- də İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib: "Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb".

Musa Yaqubun dəfni

Xalq şairi Musa Yaqub mayın 8- də İsmayıllıda dəfn olunub.

Sputnik Azərbaycan xəbər verir ki, o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, şair Maarif Soltan, deputat Tahir Kərimli, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Musa Yaqub kimdir

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi" fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər lenti
0