Sazın sehrində: Van Dammın bir oğlu azərbaycanlı qıza, o biri oğlu da saza aşiq olub

© Photo : Instagram / nicvandammeМладший сын американского актера Жан-Клода Ван Дамма Николас Ван Дамм
Младший сын американского актера Жан-Клода Ван Дамма Николас Ван Дамм - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Jan-Klod Van Dammın oğlunun azərbaycanlı xanımla evlənməsindən sonra bu ailədən hər gün daha bir maraqlı xəbər eşitməkdəyik.

BAKI, 29 iyun — Sputnik. Amerikalı aktyor Jan-Klod Van Dammın oğlu Nikolas Van Dam Azərbaycandan olan pianoçu Suada Hacızadə ilə evlənən böyük qardaşı Kristoferi sazla təbrik edib.

Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlüyün izdivacı ictimaiyyətin böyük marağına səbəb olub. Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Suadanın 21 yaşı var.

Nikolas musiqi ilə maraqlanır, ona görə də cütlüyü qeyri-adi üsullu təbrik edib. Nikolas sosial şəbəkə hesabında əlində saz tutmuş şəkildə fotosunu paylaşıb və "Suada, ailəmizə xoş gəldin" yazıb.

Fotodan görünür ki, Nikolas alətdə nəsə ifa etməyə çalışır. Nikolasın sazı alıb-almadığı məlum deyil. Saz Suadanın ailəsinin hədiyyəsi də ola bilər.

Nikolas Jan Klod Van Damm və amerikalı aktrisa, model Darsi Lyaperin oğludur.

Saz – təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.

Həmçinin oxuyun:

Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib

* Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı xanımla evlənib

 

Xəbər lenti
0