21:40 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
54 0 0

Bu gün Rusiya və Çin dövlət başçıları arasında videokonfrans formatında keçirilmiş sammitin ilk nəticələri məlumdur.

BAKI, 28 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin və ÇXR sədri Si Tszinpin bazar ertəsi videokonfransın gedişində rəsmi surətdə "Mehriban  qonşuluq, sülh və əməkdaşlıq haqqında" Rusiya-Çin müqaviləsinin müddətinin uzadıldığını elan ediblər. Bu barədə ÇXR Mərkəzi televiziyası xəbər verib.

"ÇXR sədri Si Tszinpin və RF prezidenti Vladimir Putin iyunun 28-də videokonfrans formatında görüş keçiriblər. İki dövlət başçısı birgə bəyanatla çıxış edərək rəsmi surətdə "Mehriban  qonşuluq, sülh və əməkdaşlıq haqqında" Rusiya-Çin müqaviləsinin müddətinin uzadıldığını elan ediblər", -  telekanalın xəbərində deyilir.

Müqavilə 2001-ci ilin iyulunda Vladimir Putinlə CXR sədri Tszyan Tszemin arasında Moskvada bağlanıb. Bu ilin martında Rusiya və Çin müqavilənin avtomatik olaraq növbəti beş il üçün uzadılması barədə razılaşıblar.

Əsas mövzular