SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin nümayəndə heyəti Budapeştə gedib - Səfər proqramında nələr var

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Azərbaycan parlamentinin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.

BAKI, 28 iyun - Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeştdə rəsmi səfərdə olacaq. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda nümayəndə heyətinin tərkibi də açıqlanıb. Bildirilib ki, nümayəndə heyətinə spikerlə yanaşı, Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin spikerinin Macarıstanın Baş naziri Viktor Orbanla, Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin bugünü, gələcək inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Sahibə Qafarova Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində və Diplomatik Akademiyada olacaq, həmçinin məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edəcək.

Xəbər lenti
0