İstirahət və bayram günləri rayonlara gedənlərin nəzərinə!

© Sputnik / Irade JELILБакинский Международный Автовокзал, фото из архива
Бакинский Международный Автовокзал, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Dövlət Avtomobil Nəqliyyatı Xidməti 26-27 iyun tarixlərində və 28 iyun da şəhərlərarası və rayonlararası marşrut xətlərinin necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirib.

BAKI, 25 iyun — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) istirahət və bayram günlərində şəhər və rayonlararası sərnişindaşımanın iş qrafikini açıqlayıb.

Sputnik Azərbaycan-a bu barədə məlumat verən DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib ki, bu həftəsonu, yəni 26-27 iyun tarixlərində isə yalnız şəhərlərarası və rayonlararası marşrut xətləri fəaliyyət göstərəcək. 28 iyun saat 06:00-dan Respublikanın bütün şəhər və rayonlarında müntəzəm sərnişindaşıma xidməti icra ediləcək - avtobuslar işləyəcək.

Qeyd edək ki, bu ilin mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa edilib. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilib.

İstirahət və bayram günləri ictimai nəqliyyat necə işləyəcək? 

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

26-27 iyun istirahət günü olduğundan dəmiryolu xətində qatarlar işləməyəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, 28 iyun tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qeyri-iş günlərindəki qrafikə uyğun hərəkət edəcək.

"Bakı Metropoliteni" isə iyun ayının sonuna qədər həftənin bütün günlərində fəaliyyət göstərəcək. Metropolitendən bildirdilər ki, iyun ayı üçün iş qrafikində dəyişiklik edilməyib.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən oyunları istirahət və bayram günlərinə təsadüf etmədiyindən ictimai nəqliyyatın iş qrafikində xüsusi bir dəyişiklik edilməyəcək.

Xatırladaq ki, AVRO-2020-nin oyun keçirilən günlərində Bakıda ictimai nəqliyyat işləyir. Metro adi günlərdən fərqli olaraq gecə saat 02:00-a qədər sərnişin daşıyır. Onu da qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən son oyunu iyulun 3-nə təsadüf edir.

Xəbər lenti
0