İctimai nəqliyyat istirahət və bayram günlərində necə işləyəcək? - Rəsmi

© Baku Transport AgencyBakıda Bakubus avtobusu, arxiv şəkli
Bakıda Bakubus avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

BAKI, 25 iyun — Sputnik. Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

26-27 iyun istirahət günü olduğundan dəmiryolu xətində qatarlar işləməyəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, 28 iyun tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qeyri-iş günlərindəki qrafikə uyğun hərəkət edəcək.

"Bakı Metropoliteni" isə iyun ayının sonuna qədər həftənin bütün günlərində fəaliyyət göstərəcək. Metropolitendən bildirdilər ki, iyun ayı üçün iş qrafikində dəyişiklik edilməyib.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən oyunları istirahət və bayram günlərinə təsadüf etmədiyindən ictimai nəqliyyatın iş qrafikində xüsusi bir dəyişiklik edilməyəcək.

Xatırladaq ki, AVRO-2020-nin oyun keçirilən günlərində Bakıda ictimai nəqliyyat işləyir. Metro adi günlərdən fərqli olaraq gecə saat 02:00-a qədər sərnişin daşıyır. Onu da qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən son oyunu iyulun 3-nə təsadüf edir.

Xəbər lenti
0