Yoluxma aşağı düşdü, ölüm baş vermədi

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı ölkəmizdəki vəziyyəti açıqlayıbNazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı ölkəmizdəki vəziyyəti açıqlayıb

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329870 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7879, bu günə qədər isə ümumilikdə 3706051 test icra olunub.

Qeyd edək ki, dünən koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınmışdı, 84 nəfər müalicə olunub sağalaraq evə buraxılmışdı. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmişdi.

Peyvənd olunanların sayı da açıqlandı

Həmçinin qeyd edək ki, bu gün Azərbaycanda 66010 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29068 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3146350, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2034554, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1111796 nəfər təşkil edir.

Xəbər lenti
0