Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinlə İlham Əliyev arasında telefon danışığı olub

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе
Президент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyev arasında telefon söhbəti baş tutub.

BAKI, 23 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevlə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin fəallaşmasını müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Qeyd olunur ki, prezidentlərin söhbəti Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

"2020-ci il 9 noyabr və 2021-ci 11 yanvar tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işlərin fəallaşmasına xüsusi diqqət ayrılıb", - xəbərdə bildirlir.

Azərbaycan prezidenti və Rusiya lideri telefon danışığı zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan qətiyyətlərini təsdiq ediblər.

"İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi zamanı Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan qətiyyətlərini təsdiq ediblər. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda deyilir.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0