23:35 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb.Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb.

1994-cü ilin aprel ayından Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi fəaliyyət göstərir. 1994-cü ilin 21 noyabr tarixindən Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri akkreditə olunub. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Səfirliyi fəaliyyət göstərir.

Əsas mövzular