Azərbaycanın müdafiə sənayesi naziri Minskə gedib

© Sputnik / Murad OrujovDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

BAKI, 23 iyun — Sputnik. İyunun 23-26-da Belarusun Minsk şəhərində "MİLEX-2021" 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək.

Müdafiə Sənayesi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Belarus, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilən ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Bu il Belarus MILEX silah və hərbi texnika sərgisinin 10 illiyi münasibətilə Minsk şəhərində MILEX-2021 sərgisi keçirəcək.

MILEX-2021 beynəlxalq silah və hərbi texnika sərgisi 2021-ci ildə 23-26 iyun tarixlərində baş tutacaq.

Tədbirin hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinə Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus rəhbərlik edib.

MILEX sərgisi, ənənəvi olaraq, Belarusun müdafiə sənayesinin məhsullarını təqdim etmək, yüksək texnologiyalar sahəsindəki yeni inkişaflarla tanış olmaq, modernizasiya, hərbi texnikanın təmiri və Silahlı Qüvvələrə xidmət göstərən müəssisələrin imkanlarını nümayiş etdirmək məqsədi ilə keçirilir. 2021-ci ildə tədbir 10-cu dəfə keçiriləcək.

Xəbər lenti
0