Tural Gəncəliyev üsyan etdi: "Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik"

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
"Qarabağa dönüş" təşkilatının rəhbəri deyib ki, hər gün mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi, yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən də öz təməl insan hüquqlarımızdan istifadə edə bilmirik.

BAKI, 23 iyun — Sputnik. Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Qarabağa dönüş" təşkilatının rəhbəri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyevin qurumun miqrasiya komitəsində çıxış edərkən bildirib.

Millət vəkili işğaldan azad olunan ərazilərdə vaxtı ilə ermənilərin basdırdıqları minaların yaratdığı problemlərdən danışıb: "Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib.

Demək olar ki, hər gün biz mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən biz öz təməl insan hüquqlarımızdan, mülkiyyət hüququmuzdan, geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik".

Tural Gəncəliyev çıxışında bildirib ki, münaqişənin humanitar nəticələri ilə bağlı məsələlər doğurdan da vacib əhəmiyyət kəsb edir. "Bu xüsusda Azərbaycan tərəfindən saxlanılan erməni əsgərlərin məsələsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası tərəfindən atılan addımlar beynəlxalq hüquq çərçivəsində olmuşdur. Xatırladıram ki, 8 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi ermənilər tərəfindən qaldırılmış ittihamı rədd etdi. Bir daha qeyd edirəm ki, biz yalnız üçtərəfli bəyanatın imzalanmasından sonra həbs edilən şəxslərdən danışırıq".

Millət vəkili çıxşında AŞPA təmsilçilərinin diqqətinə Azərbaycanın sülh çağırışlarına erməni tərəfinin qeyri-konstruktiv münasibət göstərməsini də çatdırıb. "Həmkarlarıma xatırlatmaq istəyirəm ki, AŞPA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çağırırdı. Mən çox şadam ki, biz nəhayət sülhdən danışa bilərik. Azərbaycanın və regionun ən böyük su anbarı olan Mingəçevir su anbarını bombalamağa çağırış edən xanım N.Zöhrabyandan fərqli olaraq biz sülhə inanırıq".

Xəbər lenti
0