Anomal istilərlə bağlı növbəti xəbərdarlıq

© Sputnik / Murad OrujovВид на город Баку, фото из архива
Вид на город Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Yaxın günlərdə temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyi meşələrdə və mənzillərdə yanğın riski ilə bağlı əhaliyə xəbərdarlıq edib.

BAKI, 23 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi anomal istilərlə əlaqədar əhaliyə müraciət edib.

Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir ki, hazırda ölkə ərazisində hökm sürən anomal isti hava şəraitinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlərdə də davam edəcəyi, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da ötən gün Sputnik Azərbaycan-a açqlamasında anomal istilərlə bağlı xəbərdaqlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Xəbər lenti
0