Paşinyan bəyan edib ki, partiyası parlamentdə konstitusional çoxluq əldə edəcək

© AP Photo / Francois MoriПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunurdu.

Ermənistan Baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bazar ertəsi günü bəyan edib ki, onun “Vətəndaş müqaviləsi” partiyası parlamentdə  konstitusional çoxluq əldə edərək hökuməti formalaşdıracaq. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

“Beləliklə, yeni parlamentdə “Vətəndaş müqaviləsi” konstitusional çoxluq əldə edərək hökuməti formalaşdıracaq”, – deyə Paşinyan “Facebook” hesabında yazıb.

Ermənistanın Seçki Məcəlləsi Paşinyanın növbədənkənar parlament seçkisində səslərin 50 faizindən çoxunu qazanmış “Vətəndaş müqaviləsi” partiyasının təkbaşına hökuməti formalaşdırmasına imkan verir. 54%-lik sabit səs çoxluğunu təmin etmək üçün Paşinyanın partiyasına əlavə mandatlar veriləcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Vətəndaş Müqaviləsi Partiyası bütün seçki məntəqələrindəki səslərin sayılmasının ardından parlament seçkilərində 53,92 faiz səs çoxluğu ilə qalib gəlib, onun əsas rəqibi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bloku isə 21,04 faiz səs toplayıb.

Ermənistanın daha bir keçmiş prezidenti Serj Sarqsyanın "Şərəfim var” bloku 5,23% (66 633 seçici) səslə üçüncü yerə çıxıb. Lakin bu göstərici blokun parlamentə daxil olması üçün yetərli deyil. Bu məqsədlə blokun ən az 7 faiz səs qazanması tələb olunurdu.

Parlament seçkisində Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

Xatırladaq ki, iyunun 20-də Ermənsitanda keçirilən parlament seçkisində ümumilikdə 21 partiya və dörd blok iştirak edib.

----------------

21.06.2021

08:08

Ermənistanın baş nazirinin səlahiyyətlərini cra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası erkən parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən səslərin sayılmasından sonra qalib gəlib.

Ermənistan MSK-nın məlumatına görə, 1 milyon 281 min 911 bülletenin sayılmasından sonra Paşinyanın partiyası 53,92% (687 251), Ermənistanın eks-prezidenti Robert Koçaryanın "Ernənistan" bloku  21,04% (268 165) səs toplayıb.

Daha bir keçmiş prezident Serj Sarqsyanın "Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

İlkin nəticələr

Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu keçirilən növbədənkənar parlament seçkilərdə elektron səsverməyə də yekun vurub. Elektron sistem üzrə səs vermək hüququna malik olan vətəndaşların ümumi sayı 650 nəfər təşkil edir. Səsvermədə 500 seçici iştirak edib, 45 bülleten etibarsız sayılıb. Bu səsvermədə Paşinyanın partiyası 163 səs toplayıb. İkinci yerdə 135 səslə Koçaryanın "Ermənistan" (Hayastan) bloku qərarlaşıb. Elektron səsvermə hüququna malik vətəndaşların 43-ü "Erməni Milli Konqresi"nin lehinə səs verib.  

------------

20.06.21

23:23

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Ümumi seçki bülletenlərinin 5%-ni əhatə edən bu nəticələrə görə, ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 58% səslə irəlidədir.

Onun əsas rəqibi, sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku isə 22% səslə ikinci yerdə gedir. 

22:30

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib. O deyib ki, 1 281 174 insan seçkilərdə səs verib.

20:20

Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilərində səsvermə başa çatıb. Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb. Məntəqə komissiyalarının üzvləri səsləri saymağa başlayıblar.

Seçkilərdə fəallığın aşağı olduğu bildirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub - 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

18:06

Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb. Bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.

"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.

Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb

15:24

Ermənistanda keçirilən parlament seçkilərində bir çox qanun pozuntuları qeydə alınıb. 

Ermənistan polisi rəsmən elan edib ki, parlament seçkilərində qanun 21 pozuntusu aşkar edilib. Hətta onlardan yeddisi cinayət əməli hesab olunur.

Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyanın sözlərinə görə, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etmə cəhdidir.

Eyni zamanda MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov Ermənistanda seçkilərdə qanun pozuntularının qeydə alındığını vurğulayıb.

O, qeyd edib ki, parlament seçkiləri zamanı qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.

14:26

Ermənistanın Ararat əyalətinin Azataşen kəndində seçki məntəqəsində silahlı insident baş verib. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə keçirilən parlament seçkiləri başladıqdan yarım saat sonra silah səsləri eşidilib. Bununla bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında insident yaşandığını öyrənib.

Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb. Hadisə ilə bağlı istintaq tədbirləri başladılıb, silah müsadirə olunub.

11:10

"Ermənistanın Mərkəzi Seçki Komissiyası bir gün əvvəl "Vətəndaş müqaviləsi" Partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut gününün pozulması ilə bağlı xəbərdarlıq edib".
Ermənistan mətbuatının yazdığına görə, bu barədə "Ermənistan" seçki blokunun bəyanatında deyilir.

“Qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya zamanı göstərilən təbdir yalnız bu partiyaya tətbiq edilib. Dünəndən müxtəlif yerlərdə "Ermənistan" seçki blokunun liderlərinin ünvanına təhqiredici və nifrətdolu materialları yaymağa başlayıblar. Bizim məlumatlarımıza görə, bu biabırçı proses hakimiyyətdən gedən hökumətin icazəsi ilə Soros kimi təşkilatlar tərəfindən təşkil edilib. Bundan başqa, bu dövrdə "Respublika" Partiyasının plakatları açıq qanun pozuntusu ilə yerləşdirilib.

Biz həmçinin dünəndən indiyə qədər "Ermənistan" blokunun ərazi qərargahları üzvlərinin polis tərəfindən yanlış xəbərçiliklər üzrə, şübhəsiz əsaslarla saxlanılmaları barədə informasiya aldıq. Bu xəbərçiliklərin məhz Soros təşkilatı tərəfindən təşkil edilməsini güman etməyə əsaslar var.

Ermənistanın tarixində belə seçki pozuntuları olmayıb. Biz bütün beynəlxalq təşkilatların davam edən qanun pozuntularuna seyrçi missiyalarına diqqət yetiririk", - bəyanatda bildirilir.

Blok rəhbərliyi polisə müraciət edərək, baş verən qanun pozuntularını aradan qaldırmağa çağırıb.

“Əks təqdirdə hesab edəcəyik ki, proses hakimiyyət tərəfindən təşkil edilib və yönəldilib", - bəyanatda deyilib. 

10:15

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Spunik Ermənistan xəbər verir ki, Ermənistan özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.

Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.

Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.

Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ermənistan parlamentinə növbədənkənar seçkilər ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir. 

Seçkilərdən sonra vətəndaş müharibəsi olacaq?

Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

Xəbər lenti
0