Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nabranda helikopterlər havaya qalxdı, yanğın söndürüldü, lakin...

© Sputnik / Leyla AbdullayevaNabranda yanğınlar
Nabranda yanğınlar - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Xaçmazda taxıl sahəsində başlayan yanğın meşə ərazisinə keçdiyi üçün FHN-in helikopterləri havaya qalxıb. 

BAKI, 17 iyun — Sputnik. Nabranda biçilməmiş taxıl zəmisindən meşəyə keçən yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz FHK-nın sədri Bəxtiyar Osmanov məlumat verib.

Onun sözlərinə görə, yanğın çətinliklə də olsa söndürmək mümkün olub.

"Yanğın biçilməmiş taxıl sahəsindən meşə massivinə keçmişdi. Yanğını söndürmək üçün helikopter cəlb olundu və yanğın söndürüldü. Amma hələ də tüstülənmə davam edir. Əyər külək əsməsə, yanğının yenidən alovlanması ehtimalı yoxdur. Hazırda yanğın yerinə FHN-nin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub və yanğının yenidən alovlanmaması üçün sönmüş yerlərə su vurulur. Hər ehtimala qarşı helikopter sabaha qədər burada saxlanılır".

B.Osmanovun sözlərinə əsasən, 30 hektar biçilməmiş taxıl sahəsilə yanaşı, 5 hektara yaxın meşə sahəsi də yanıb. Müşahidə edilən isti külək yanğının genişlənməsinə səbəb olub.

Yanğının başlaması

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğın meşə ərazisinə keçdiyi üçün FHN-in helikopterləri yanğını söndürmək məqsədilə havaya qalxıb. 

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.

© Sputnik / Leyla Abdullayeva
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın - Sputnik Azərbaycan
1/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
© Sputnik / Leyla Abdullayeva
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın - Sputnik Azərbaycan
2/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
© Sputnik / Leyla Abdullayeva
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın - Sputnik Azərbaycan
3/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
© Sputnik / Leyla Abdullayeva
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın - Sputnik Azərbaycan
4/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
© Sputnik / Leyla Abdullayeva
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın - Sputnik Azərbaycan
5/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
1/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
2/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
3/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
4/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın
5/5
Nabranda taxıl zəmisəndən meşəyə keçən yanğın

Qeyd edək ki, Ağsuda taxıl sahələrində də yanğın qeydə alınmışdı. Rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş vermişdi.

Bu gün Şabranda da güclü yanğın olub. Hadisə rayon mərkəzində, Nizami küçəsi 17 ünvanında qeydə alınıb. Yanğın Şabran rayon 3 saylı tam orta məktəbin yaxınlığındakı zibillikdən başlayıb. Hava küləkli olduğundan yanğın məktəbin həyətinə keçib. Yanğın zamanı məktəbin həyətindəki ağaclar və həyətinin çəpəri yanıb.

Daha sonra isə yanğın yaxınlıqda yaşayan Daşdəmirova Nailə Qüdrət qızının bağ sahəsinə, oradan da Şabran rayon Dəmir Yolu Stansiyasının ambulatoriya binasına keçib. N.Daşdəmirova məxsus meyvə bağı tamamilə yanıb.

Yanğını söndürmək üçün hadisə yerinə Şabran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın lokallaşdırılıb.

Xəbər lenti
0