10:24 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
34 0 0

İyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

BAKI, 17 iyun - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Məlumata görə, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

İyunun əvvəllərində Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimləri keçirilib. Azərbaycan Ordusu təlimdə Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunub.

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Anatolian Phoenix-2021" təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edib.

Əvvəlcə qonaqlar Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrin nümunəvi uçuşlarını izləyiblər.

Sonra təlimin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və aviasiya vasitələri ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Təlimə cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan HHQ-nin hərbi qulluqçuları və Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

 

Əsas mövzular