Bu il Azərbaycanda nə qədər uşaq birinci sinfə gedəcək? Sevindirən rəqəmlər

© Sputnik / Murad OrujovДень знаний в школе №145
День знаний в школе №145 - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Təhsil Nazirliyi 2020-2021-ci tədris ili ilə bağlı bəzi zəruri statistik rəqəmləri açıqlayıb. Həmin statistikada məktəbəhazırlığa cəlb edilən, birinci sinfə qəbul edilən uşaqların və inşa və təmir olunan məktəblərlə bağlı məlumatlar öz əksini tapıb.

 

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda 2020-2021-ci tədris ilində birinci sinfə qəbul edilən şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. 2020-2021-ci tədris ilində ölkə üzrə 106 min 580 uşaq isə məktəbəhazırlığa cəlb edilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən 6110 məktəbəhazırlıq qrupunda 106580 nəfər uşaq təhsilə cəlb edilib. 2020-2021-ci tədris ilində 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

Qeyd edək ki, Azərbaycanda məktəbəhazırlıq və birinci sinfə qəbul elektron formada aparılır. 2019-2020-ci tədris ilində 165 minədək uşaq birinci sinfə qəbul edilib. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Xəbər lenti
0