İtaliyaya getmək istəyən azərbaycanlıların nəzərinə

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidВид на Рим
Вид на Рим - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Bildirilir ki, Səfirliyin Viza Şöbəsi 28 iyun 2021-ci il tarixindən 5 iyul 2021-ci il tarixinə qədər fəaliyyət göstərməyəcək.

BAKI, 17 iyun — Sputnik. İtaliya səfirliyi bu ölkəyə səfər etmək istəyən azərbaycanlılara müraciət edib. Səfirlik yaydığı məlumatda qeyd edib ki, səfirliyin viza şöbəsi bir həftə müddətində işləməyəcək.

"Bildirilir ki, Səfirliyin Viza Şöbəsi 28 iyun 2021-ci il tarixindən 5 iyul 2021-ci il tarixinə qədər fəaliyyət göstərməyəcək. Bu müddət ərzində daxil olan hər hansı bir viza müraciətinə yalnız qeyd edilən tarixdən sonra baxılacaq", - deyə səfirliyin yaydığı məlumatda bildirilir.

İtaliyanın Azərbaycan səfirliyi — İtaliya Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bakı şəhərində yerləşir. İtaliya Azərbaycanın müstəqilliyini yanvarın 1-i 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə qurulub. İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk səfirliyini məhz Azərbaycanda, 1997-ci ildə açıb. İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 2017-ci ildən Augusto Massaridir.

Xəbər lenti
0