Anar Kərimov teatrlar və abidələr barədə: Qarabağ prioritetdir, amma...

© Photo : REPORTTədbir
Tədbir - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Nazir deyib ki, prioritet Qarabağ abidələridir, ancaq bu o demək deyil ki, ölkənin başqa abidələri diqqətdən kənarda qalacaq.

BAKI, 14 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda teatrların fəaliyyətinin bərpa edilə biləcəyini deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir artıq bununla bağlı təkliflərini irəli sürdüyünü də qeyd edib: "Teatrlar açıla bilər. Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq".

"Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var", - deyə nazir qeyd edib.

Mədəniyyət naziri Anar Kərimov Qarabağ abidələrinin bərpası prosesi haqqında da danışıb. O, vurğulayıb ki, prioritet Qarabağ abidələridir, çünki indi dünyanın gözü Qarabağdadır. Ancaq bu o demək deyil ki, ölkənin başqa abidələri diqqətdən kənarda qalacaq.

Nazirlin sözlərinə görə, digər regionlarda olan abidələrlə bağlı da planlar var:

"Abidənin bərpa edilməsi məsələsində əsas meyar abidənin əhəmiyyəti, bugünkü vəziyyəti və turizm marşrutu üzərində olub-olmamasıdır".

Nazir Vaqif Poeziya Günlərindən danışarkən, onun nə vaxt keçiriləcəyinin hələ dəqiq məlum olmadığını deyib: "Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı bir neçə təklif var. Artıq konsepsiya üzərində də iş gedir".

Pandemiya və teatrlar

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması da  daxil olub.

Xəbər lenti
0