Türkiyə millisinin baş məşqçisi növbəti oyundan əvvəl futbolçulara xəbərdarlıq edib

© REUTERS / ALBERTO LINGRIAГлавный тренер сборной Турции Шенол Гюнеш
Главный тренер сборной Турции Шенол Гюнеш - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Şenol Günəş yetirmələrini rahatlamamağa çağırıb və komandasının Türkiyə və qardaş Azərbaycanı sevindirəcəyinə ümidvar olduğunu deyib.

BAKI, 14 iyun — Sputnik. AVRO-2020 çərçivəsində Bakıda İsveçrə və Uels yığmaları arasında keçirilmiş oyun türk futbolçularının əhvalını yüksəldib. Sputnik Azərbaycan "Milliyyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin futbol üzrə yığma komandasının baş məşqçisi Şenol Günəş deyib.

Ötən şənbə günü, iyunun 12-də Bakı Olimpiya Stadionunda, "A" qrupunda İsveçrə və Uels komandaları arasında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Bundan bir gün əvvəl isə Türkiyə millisi Romada İtaliya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Şenol Günəşin fikrincə, İsveçrə və Uels komandalarının oyundan sülhlə ayrılması onun komandasının qrup mərhələsini adlaması üçün yaxşı şans yaradıb.

"Amma mən yetirmələrimi xəbərdar etmək istəyirəm ki, qrupda yaranmış vəziyyət onları o qədər də rahatlatmasın. Vəziyyət dəyişib, ola bilər ki, qrup mərhələsini keçmək üçün bizə 4 xal bəs etsin. Lakin biz qarşıdakı iki oyunda qələbə qazanmalıyıq. Biz bütün Türkiyəni və qardaş Azərbaycanı sevindirməliyik. İnanıram ki, komandamız son iki oyunda uğur qazanacaq", - deyə Günəş bildirib.

Yeri gəlmişkən, Türkiyə millisinin dünən, iyunun 13-də "Bakcell Arena"da keçirilmiş ilk məşqinə Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov baş çəkib. Şenol Günəş Qurbanova Türkiyə millisinin futbol köynəyini hədiyyə edib.

© Photo : TFFürkiyə millisinin dünən, iyunun 13-də "Bakcell Arena"da keçirilmiş ilk məşqinə Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov baş çəkib
Türkiyə millisinin baş məşqçisi növbəti oyundan əvvəl futbolçulara xəbərdarlıq edib - Sputnik Azərbaycan, 1920, 14.06.2021
ürkiyə millisinin dünən, iyunun 13-də "Bakcell Arena"da keçirilmiş ilk məşqinə Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov baş çəkib

Türkiyə millisi AVRO-2020-də növbəti oyununu Bakı Olimpiya Stadionunda, iyunun 16-da Uels yığmasına qarşı keçirəcək. Elə həmin gün "A" qrupunun hazırkı lideri İtaliya millisi Romada İsveçrə yığmasını qəbul edəcək.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda İsveçrə-Uels oyunu artıq keçirilib. Bundan başqa daha üç oyun - Türkiyə-Uels (16 iyun), İsveçrə-Türkiyə (20 iyun) oyunlarının, iyulun 3-də isə AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti
0