Ərdoğanın səfəri ilə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi gözlənilir

© © Murat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган в Баку
Президент Турции Реджеп Тайип Эрдоган в Баку - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentinə gəlib-gəlməyəcəyi Şuşaya səfərindən sonra məlum olacaq, amma deputatlar hər ehtimala qarşı testdən keçiriləcəklər.

BAKI, 14 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış etməsi mümkündür. Çünki Ərdoğan adətən Azərbaycana səfərə gələndə parlamentdə çıxış edir. Amma bu, hələ dəqiqləşməyib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi gözlənilir. Ərdoğanın parlamentə gəlməsi mümkündür, lakin bu, hələlik bilinmir. Bu məsələ Ərdoğanın Şuşaya səfərindən sonra bəlli olacaq.

"Ərdoğanın Azərbaycan parlamentinin iclasında iştirakı ilə əlaqədar deputatların koronavirus testindən keçəcəyi barədə məlumat var. Bu nə dərəcədə doğrudur?" sualına isə deputat belə cavab verib: "Milli Məclisin deputatları vaxtaşırı testdən keçirlər. İstənilən tədbirlə bağlı əvvəlcədən test veririk".

Qeyd edək ki, Milli Məclisdəki mənbələr iyunun 15-də deputatların koronavirusla əlaqədar tibbi test yoxlanışından keçəcəyini bildiriblər.

Ərdoğanın gözlənilən Şuşa səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana səfər edəcək. Səfər zamanı o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, Şuşaya səfər edəcək və AVRO 2020 çərçivəsində Türkiyə - Uels oyununa baxacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib ki, Brüssel səfərindən sonra Bakıya gedərək İlham Əliyevin qonağı olacaq. Oradan Şuşaya gedəcək.

"İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açma şansı verib. İstəyimiz bu şansın əldən verilməməsi, regional sabitlik və sülh üçün ən yaxşı şəkildə dəyərləndirilməsidir. İyunun 16-da Bakıda hərbçilərimizlə görüşəcəyik. Axşam saatlarında isə AVRO 2020 çərçivəsində Türkiyə - Uels oyununa baxacağam", - deyə Türkiyə lideri qeyd edib.

Həmçinin oxuyun: 

* Ərdoğan Şuşaya gəlir - VİDEO

* Ərdoğanın səfəri zamanı Şuşada məktəbin təməli qoyulacaq

Türkiyə naziri: "Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək"

Ərdoğan Şuşaya gəlir: Bakının səfər gözləntiləri

Xəbər lenti
0