05:50 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
Ərdoğanın Azərbaycana, Şuşaya səfəri (18)
5075 0 0

Birləşmiş Ştatlar Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın sözlərinə görə, Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla S-400 məsələsini müzakirə, Rusiya Prezidenti Vladimir Putin haqqında müşahidələrini isə müqayisə edəcək.

BAKI, 14 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla S-400 məsələsini müzakirə edəcək və Rusiya Prezidenti Vladimir Putin haqqında müşahidələrini müqayisə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

"Aydındır ki, Rusiyanın bir sıra sahələrdə Türkiyə ilə fikir ayrılıqlar var və digər sahələrdə onunla işləyir. Ona görə də müşahidələrini Ərdoğanla bölüşmək üçün yaxşı imkanı olacaq", - deyə Sallivan təyyarədə Britaniyadan Brüsselə gedən yolda brifinqdə bildirib.

"Bayden Ərdoğanla Rusiya istehsalı S-400 sistemini müzakirə edəcəkmi?" sualını Sallivan müsbət cavablandırıb.

Qeyd edək ki, ötən həftə Sallivan Ağ Evdə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bayden və Ərdoğanın görüşü geniş və əhatəli bir gündəliyə sahib olacaq.

Aralıq dənizinin şərqi, Suriya, İran və Dağlıq Qarabağ məsələsinin iki lider tərəfindən müzakirə ediləcəyini ifadə edən müşavir bildirib ki, Türkiyənin Əfqanıstanla bağlı danışıqlarda və diplomatiyada oynayacağı rolu da görüşün müzakirə mövzusu olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirmişdi ki, rəsmi Vaşinqton Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının neqativ nəticələri barədə Türkiyəyə xəbərdarlıq etməyə davam edir.

"Rusiyanın S-400-ləri NATO avadanlıqları ilə uyğunsuzdur, NATO-nun texnologiyalarının təhlükəsizliyinə təhdiddir. Onlar NATO üzvü kimi Türkiyənin götürdüyü öhdəliklərə uyğun deyil. Biz Türkiyəni bu sistemi qəbul etməməyə dair xəbərdar etmişdik və etməyə də davam edirik", - deyə Prays qeyd edib.

O bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvüdür, ona görə bu ölkənin S-400-ü təsdiqləməsinin alyans çərçivəsində götürdüyü öhdəliklərə uyğun olmadığını özü anlamalıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Rusiyanın mövqeyi

Bır sıra beynəlxalq məsələlər üzrə mövqelərdəki fikir ayrılığı Moskva və Ankaraya intensiv siyasi dialoq aparmağa və əməkdaşlığı inkişaf etdirməyə mane olmur.

"Bilirsiniz ki, amerikalılar türklərə təzyiq edirlər, lakin türk tərəfi kifayət qədər ardıcıl olaraq öz mövqeyini müdafiə edir", - Rusiya preizdentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində vurğulayıb.

Öz növbəsində, Rusiya XİN başçısı Sergey Lavrov xatırladıb ki, NATO üzvü olan Türkiyə Vaşinqtonun ciddi təzyiqinə baxmayaraq, artıq müasir S-400 "Triumf" zenit raket kompleksləri sisteminin alınması üzrə iri layihəni reallaşdırıb.

"Beləliklə, mövcud fikir ayrılıqlarını azaltmayaraq, Türkiyə ilə qarşılıqlı fəaliyyəti inkişaf etdirərək bundan sonra da aramızda mövcud olan ümumi maraqlara strateji baxışı əsas götürəcəyik. Əminəm ki, bu, həm Rusiya, həm də Türkiyə xalqlarının maraqlarına cavab verir", - Lavrov bildirib.

Putin Türkiyə ilə strateji əməkdaşlıq barədə

"Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Bu sözləri Rusiya prezidenti Putin ötən ilin oktyabrında Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi, biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda "Türk axını" layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

Rusiya ABŞ-ın Türkiyədən S-400-ləri nə məqsədlə almaq istədiyini bilir

ABŞ Rusiya istehsalı olan S-400 zenit raket komplekslərini hərtərəfli öyrənmək üçün Türkiyədən almaq istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ötən il "Qovorit Moskva" radiostansiyasına açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər üzrə Komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirmişdi.

Onun sözlərinə görə, amerikalılarda Rusiya silahının analoqu yoxdur və S-400-ləri "boltlarına" qədər sökərək, özlərinə məxsus bir şey yaratmağa cəhd edəcəklər. Cabarovun fikrincə, Türkiyə Rusiyanın etibarlı tərəfdaşı statusunu qorumaq üçün kompleksləri satmağa razılıq verməyəcək. Əks halda, Türkiyə ilə heç kəs belə bir razılaşma imzalamayacaq.

Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin alınmasını təklif edib. Bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.

Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.

Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

Rusiya istehsalı olan S-400 "Triumf" məsələsi

S-400 "Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində S-400 tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni F-35 tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd S-400 divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Mövzu:
Ərdoğanın Azərbaycana, Şuşaya səfəri (18)

Əsas mövzular