"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılan var

© AR Ministry of Internal AffairsСотрудник МВД Азербайджана, фото из архива
Сотрудник МВД Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Evə baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

BAKI, 14 iyun — Sputnik. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, bir neçə gün öncə də bənzər hadisə baş verib. Belə ki, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumatda qeyd olunub ki, ümumi çəkisi 380 kiloqramdan artıq olan, 2297 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Qeyd edək ki, ötən ilin iyulunda da Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Y.Sadıqov çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirib.

Xəbər lenti
0