Kimlər "Son zəng" tədbirlərində iştirak etməyəcək - Təlimat açıqlandı

© Sputnik / Murad OrujovДень знаний в школе №145
День знаний в школе №145 - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

BAKI, 11 iyun — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məktəblərə göndərilən təlimatda bildirilir.

Məlumatda deyilir:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 (bir) saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100 (bir yüz) nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

- Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Son zəng" tədbirinin keçirilməsinə nəzarət ümumi təhsil müəssisəsinin rəhbərliyinə tapşırılır.

Nazir "Son zəng" barədə 

Qeyd edək ki, dünən bu barədə ictimaiyyətə təhsil naziri Emin Əmrullayev məlumat vermişdi. Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib və müsbət cavab gəlib.

Ötən tədris ili orta ümumtəhsil müəssisələrini 84600 şagird bitirib. Ən son "Son zəng" tədbiri məktəblərdə 2018-2019-cu tədris ilində keçirilib. 2020-ci ildə "Son zəng" tədbiri onlayn baş tutub.

Onu da xatırladaq ki, bu il ali təhsil müəssisələrində "Məzun günü" də keçirilməyəcək. Bu il ölkə üzrə 51 ali təhsil müəssisələrində təhsil alan 182 min tələbədən 67 mini bakalavr pilləsi üzrə məzun olur. Ümumilikdə bakalavr və magistr pilləsi üzrə 46 min şəxs məzun olur.

Onu da bildirək ki, pandemiyadan əvvəl məktəblərdə "Son zəng" tədbirləri böyük coşqu ilə keçirilirdi. Bu tədbirlərdə nəinki 1-ci və 11-ci sinfin şagirdlərinin valideynləri, eləcə də qonaqlar, müğənnilər iştirak edirdilər.

Xəbər lenti
0