General və Müdafiə Nazirliyi hərbu qulluqçuların hazırkı durumu barədə: Hər şey yaxşıdır

© Photo : Armiya.azGeneral-mayor Hikmət Həsənov
General-mayor Hikmət Həsənov - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçulara təhvil verilib.

BAKI, 11 iyun - Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qoşun xidməti və bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O qeyd edib ki, bugünkü günə qədər işğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçulara təhvil verilib.

"Bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik fəaliyyətinin aparılması, eləcə də döyüş və xidməti fəaliyyətlərinin aparılması üçün daha da yaxşı şərait yaradılıb", - mətbuat katibi bildirib.

Qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib

Qeyd edək ki, bu gün Müdafiə Mazirliyi işğaldan azad edilən ərazilərdə yeni yaradılan hərbi hissələrin modul tipli yerləşmə məntəqəsilə tanışlıq üçün mediatur təşkil edib.

Mediatur çərçivəsində KİV nümayəndələrinə işğaldan azad edilən Ağdam rayonu ərazisində inşa edilən məntəqə, bu məntəqədə əsgərlərin sosial məişət xidmətinin yaxşılaşdırılması üçün görülən işlərlə bağlı məlumat verilib.

Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, yeni yaradılan şəraitlər dövlətin diqqət və qayğısının nümunəsidir.

O qeyd edib ki, görülən işlər çərçivəsində qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib. Bu sahədə aparılan işlər sistemli şəkildə ardıcıl olaraq davam etdirilir.

Xəbər lenti
0