12:58 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
118

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropa, Asiya, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

BAKI, 9 iyun — Sputnik. İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Bu barədə Sputnik Azərbaycan-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından hələ ötən il 2021-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcəyi barədə proqnoz verilmişdi. Qeyd edilmişdi ki, 1-ci Günəş tutulması 2021-ci ilin iyunun 10-da baş verəcək. 2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktida müşahidə olunacaq.
Xatırladaq ki, ötən ilin dkabrın 14-də Günəş tutulması baş vermişdi. Həmin gün saat 17:34-də başlayan tam Günəş tutulması saat 22:53-də sona yetmiş və 5 saat 19 dəqiqə davam etmişdi.

Əsas mövzular