19:39 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
18

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2624876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1679448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945428 nəfərdir.

BAKI, 9 iyun — Sputnik. İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38466 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33394, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5072 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2624876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1679448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945428 nəfərdir.

Qeyd edək ki, iyunun 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.

Azərbaycan peyvəndləmə üzrə Müstəqil Dövlətlər birliyinin ölkələri arasında birinci yeri tutur. Belə ki, ölkə əhalisinin artıq 15,9%-i vaksinlənib. Bu isə 2,3 milyon doza vaksin deməkdir.

Həmçinin oxuyun:

* Azərbaycan vaksinasiyada MDB lideridir

Əsas mövzular