12:49 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
19

Cihazların işləməsi üçün günəş panelləri və batereyaları gətirildikdən sonra onların quraşdırılmasına başlanılacaq.

BAKI, 6 iyun — Sputnik. Azərbaycana yeraltı təkanları qeydə almaq üçün 22 yeni cihaz gətirilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.

O, bildirib ki, yeni cihazlar sayəsində yerin altında baş verən ən xırda prosesi izləmək mümkün olacaq.

Q. Yetirmişlinin sözlərinə görə, bu cihazlar 22 məntəqədə quraşdırılacaq: "Hələki ancaq cihazlar gətirilib. Cihazların işləməsi üçün günəş panelləri və batereyaları gətirildikdən sonra onların quraşdırılmasına başlanılacaq. Bu cihazlarla yerdaxili prosesləri izləmək mümkün olacaq".

Direktor bildirir ki, yeni cihazlar xəzəryanı ərazilərə də quraşdırılacaq: "Biz şəbəkəni genişləndiririk. Şəbəkə genişləndirildikcə, sıx olduqca yer daxilində ən xırda prosesi izləməyə imkan verəcək. İndiyədək zəlzələnin episentrinin dəqiqliyi ilə bağlı xəta verirdi. Amma bu cihazlar quraşdırılarkən daha dəqiq məlumat əldə etmək mümkün olacaq" deyə Q. Yetirmişli söyləyib.

Əsas mövzular