Otların qənimi olanlar Gəncə prospektində növbəti yanğını törədiblər

© Sputnik / StringerBakıda yanğın
Bakıda yanğın - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Sputnik Azərbaycan-la müşahidələrini bölüşən bina sakinləri bu qəbildən olan yanğınların adətən ətraf binalarda yaşayan iki ruhi xəstə tərəfindən törədildiyini qeyd edirlər.

BAKI, 3 may - Sputnik. Bu gün saat 19:00 radələrində Bakının Xətai rayonunda, Gəncə prospektindəki 39 saylı binanın həyətindəki otluq sahədə yanğın baş verib. Sakinlərin ehtiyatsızlığı ucbatından baş verən yanğın nəticəsində qısa müddətdə ətrafdakı otlar və ağaclar yanmağa başlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadası çağırılıb. Yanğını binaya və ətrafa yayılmamış onu lokallaşdırmaq mümkün olub. 

Yanğın tam söndürüləndən sonra sakinlər yanğınsöndürənləri alqışlarla yola salıblar. 

Yanğın zamanı binanın qarşısındakı ağaclara qismən ziyan dəyib, heç kim xəsarət almayıb. 

© Sputnik / StringerBakıda Gəncə prospektindəki 39 saylı binanın həyətindəki otluq sahədə yanğın
Otların qənimi olanlar Gəncə prospektində növbəti yanğını törədiblər - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Bakıda Gəncə prospektindəki 39 saylı binanın həyətindəki otluq sahədə yanğın

Ondan əvvəlki gün isə Gəncə prospektində 27 saylı binanın qarşısında analoji yanğın baş vermiş və hadisə yerinə yanğınsöndürənlər gəlmişdi. 

Yerli sakinlərin qənaətinə görə, bu yanğınlara səbəb otların quruması və onların yanından keçən şəxslərin siqareti söndürmədən sahəyə atmasıdır. Küləkli hava şəraiti isə yanğının sürətlə ətrafa yayılmasına səbəb olur.

Sputnik Azərbaycan-la müşahidələrini bölüşən bina sakinləri bu qəbildən olan yanğınların adətən ətraf binalarda yaşayan iki ruhi xəstə tərəfindən törədildiyini qeyd edirlər.

© Sputnik / StringerBakıda Gəncə prospektindəki 39 saylı binanın həyətindəki otluq sahədə yanğın
Otların qənimi olanlar Gəncə prospektində növbəti yanğını törədiblər - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Bakıda Gəncə prospektindəki 39 saylı binanın həyətindəki otluq sahədə yanğın

"Onlardan biri cavan uşaqdır, tez-tez 27-ci binanın qarşısındakı pilləkənin yanında gizlənərək siqaret çəkir və yanan kötükləri quru otun üstünə ataraq onları yandırmaq üçün üfürür. Digəri isə yaşlı kişidir. Adətən ətrafdakı zibilləri toplayıb otun üstündə yandırır, sonra da yanğın ətrafa yayılır", - deyə sakinlərdən biri bildirib. 

Digər sakin isə deyib ki, belə yanğınların baş verməsində JEK (MKTB) işçilərinin də günahı olur. Onlar ətrafı təmizlədikdən sonra adətən topladıqları zibili yandırırlar. Nəticədə yanğın qısa bir zamanda ətrafı bürüyür. Sakinlər isə yanğınsöndürən çağırmağa məcbur olurlar. 

Xəbər lenti
0