Ağsuda taxıl sahələrində başlayan yanğını söndürmək mümkün olub

© AFP 2023 / JACK GUEZПожар на пшеничном поле, фото из архива
Пожар на пшеничном поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Rayonun iki kəndində taxıl zəmilərində başlanan yanğını kənd sakinləri və yanğınsöndürənlər söndürməyə nail olublar.

Ağsunun kəndlərində baş verən yanğın artıq söndürülüb. Rayonun Musabəyli kəndində də taxıl sahəsində baş verən yanğını söndürmək mümkün olub. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

***

Ağsuda taxıl sahələrində yanğın başlayıb.

Sputnik Azərbaycan ”Report”a istinadən bildirir ki, hadisə rayonun Musabəyli və Qəşəd kəndlərində qeydə alınıb. Rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş verib.

Hadisə yerinə Kürdəmir və Ağsu Rayon Dövlət yanğından Mühafizə İdarələrinin 5 yanğın söndürən maşınları və canlı qüvvələri cəlb olunub. Musabəyli kəndində hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qəşəd kəndində isə yanğın yerli sakinlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0