20:08 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
33

Kitabı ərsəyə gətirənlər uşaqların illüstrasiyalarla zəngin "Xarıbülbülün nağılı"nı böyük maraq və həvəslə oxuyacaqlarına, bu kitabın onlara ülvi duyğular, vətənpərvərlik ruhu aşılayacağına inandıqlarını bildiriblər.

BAKI, 2 iyun — Sputnik. 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmiz bir çox yaradıcı insanların ilham mənbəyinə çevrilib. Hazırda bu mövzuda yeni-yeni ədəbi əsərlər yazılır, bəstəkarlar piano arxasına keçib, rəssamlar fırçaya sarılıb. Yeni əsərlərdən biri də bu günlərdə işıq üzü görüb.

TEAS Press Nəşriyyat evi "Xarıbülbülün nağılı" kitabını çap edib. Sputnik Azərbaycan xəbər verir ki, TEAS Press Nəşriyyat evinin nəşrə hazırladığı kitab Türkiyədə çap olunub.

Kitab Qarabağ müharibəsində, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımıza ithaf olunub. Aybəniz İsmayılovanın müəllif olduğu kitabda Şuşanın rəmzi sayılan və 44 günlük Vətən müharibəsindən sonra qələbəmizin rəmzinə çevrilən Xarıbülbülün əfsanəsi yenidən canlandırılıb, Vətən müharibəsi ilə əlaqələndirilib.

İllüstrasiyaların müəllifi isə Aida Əmirovadır. Nağıl sevgini, dostluğu, Vətəni uca tutanların fədakarlığı haqqındadır.

Kitabı ərsəyə gətirənlər uşaqların illüstrasiyalarla zəngin "Xarıbülbülün nağılı"nı böyük maraq və həvəslə oxuyacaqlarına, bu kitabın onlara ülvi duyğular, vətənpərvərlik ruhu aşılayacağına inandıqlarını bildiriblər.

“Xarıbülbülün nağılı”nı əldə etmək istəyənlər ölkədəki bütün kitab mağazalarına müraciət edə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (+994) 50 290 49 03

Əsas mövzular