22:29 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9

Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib. Distant tədris iyunun 8-dək davam edəcək.

BAKI, 31 may — Sputnik. Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib. Distant tədris iyunun 8-dək davam edəcək.

"Formula-1"in 2021-ci il Azərbaycan Qran Prisi

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində keçiriləcək. Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.

Ötən il Azərbaycan Qran-prisinin təşkilatçısı olan Baku City Circuit əməliyyat şirkəti koronavirus pandemiyası üzündən yarışları təxirə salmalı olub. Bununla bağlı olaraq Bakıda keçiriləcək yarışların müddəti daha bir il, 2024-cü ilə qədər uzadılıb. Elə həmin səbəbdən cari "Formula-1" yarışları tamaşaçılarsız keçiriləcək.

Həmçinin oxuyun: 

* "Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar

* Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı

* "Formula 1"lə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

* BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

Əsas mövzular