12:50 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
535

Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, o, 4 gün sonra “beyinə qansızma ilə müşayiət olunan beyindaxili təzyiq” diaqnozu ilə xəstəxanada ölüb.

BAKI, 30 may - Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yaşar Ramazanovun polis şöbəsində döyülərək öldürülməsilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, əvvəllər eyni əmələ görə, məhkum olunmuş şəxs həbsdən çıxdıqdan sonra rayonda narkotik vasitələrin satışı və istifadəsilə məşğul olub.

Mayın 14-də Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Ramazanov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman dövriyyəsi qanunla qadağan olunan, şəxsi istehlak miqdarından artıq, eləcə da digər şəxsə gizlətmək üçün verdiyi külli miqdarda narkotik vasitələr maddi sübut kimi aşkar olunaraq götürülüb.

Əmələ görə onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) başlayan cinayət işi üzrə məhkəmə tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Mayın 24-də səhər saatlarında istintaq təcridxanasında yıxılaraq qəfil halı pisləşən şəxs dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, o, 4 gün sonra “beyinə qansızma ilə müşayiət olunan beyindaxili təzyiq” diaqnozu ilə xəstəxanada ölüb.

İstintaq prosesinin gedişində onun sağlamlıq vəziyyəti yoxlanılarkən bir sıra ağır xəstəliklərinin – qaraciyər sirrozu və Hepatit C olması müəyyən olunub. Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun istintaq olunması qanunvericiliyə uyğun olaraq aparılıb, heç bir halda ona fiziki təzyiq göstərilməyib.

Ölüm faktı ilə əlaqədar rayon hüquq-mühafizə orqanları tərəfindən müvafiq tibbi ekspertizalar təyin edilməklə meyit müayinədən keçirilib. Ölüm faktında hər hansı kənar fiziki müdaxilə faktı aşkar olunmayıb, bədənində olan xəsarətlər isə xəstəliyin əlamətlərindən yaranan fəsadlar və onun istintaq təcridxanasında yıxılması nəticəsində yaranıb.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

Əsas mövzular