13:05 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
16

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi və Azadlıq meydanında yerləşən tarixi Şəhər Şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

BAKI, 28 may - Sputnik. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkənin paytaxtının ən hündür nöqtəsi sayılan Mtatsminda parkındakı televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Mavi, qırmızı və yaşıl rəngdə işıq saçan 275 metr hündürlükdəki nəhəng tikilini Tbilisinin ən ucqar nöqtələrindən də gözlə görmək mümkün olub.

28 May Respublika Günü münasibəti ilə paytaxtın mərkəzi Azadlıq meydanında yerləşən tarixi Şəhər Şurasının (Sakrebulo) binası da Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

© Photo : REPORT
Tbilisi Şəhər Şurasının (sakrebulo) binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıb.

Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alınıb. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçilib.

Tbilisidəki "Azadlıq meydanı" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

1918-ci il may ayının 28-də Tiflisdə Milli Şuranın birinci iclası keçirilib və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olunub.

Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" (İstiqlal Bəyənnaməsi) qəbul edilib.

Həmçinin oxuyun: 

* Səfir AXC-nin müstəqilliyinin elan edildiyi binanı ziyarət etdi

Əsas mövzular