Şuşa ilə bağlı qanun layihəsi ikinci oxunuşda qəbul edildi

© Sputnik / Murad OrujovYuxarı Gövhar Ağa məscidi
Yuxarı Gövhar Ağa məscidi - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Layihəyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsi parlamentdə müzakirə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

Bu qanun Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Здание парламента Азербайджана - Sputnik Azərbaycan, 1920, 26.05.2021
QARABAĞ
Şuşa haqda bir qanun bəs etməyəcək?

Qanun 15 maddədən ibarətdir.

Layihəyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə ediləcək.

Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edəcək.

Şuşa şəhərinin mühafizə zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə rejimi tətbiq ediləcək.

Крепостные стены в городе Шуша - Sputnik Azərbaycan, 1920, 25.05.2021
CƏMİYYƏT
Şuşa ilə bağlı yeni qanun: nələri bilmək vacibdir?

Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.

Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılacaq. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.

Həmçinin oxuyun: 

Sabah Milli Məclis Şuşa haqqında qanunun müzakirəsinə başlayacaq

* Yeni qanun gəlir: Şuşaya kimsə təhlükə yarada bilməyəcək

Şuşa ilə bağlı yeni qanun: nələri bilmək vacibdir?

Şuşa haqda bir qanun bəs etməyəcək?

Xəbər lenti
0