Qazax sakinlərində narkotik aşkarlanıb

© AFP 2023 / VALERY HACHEИзъятый полицейскими марихуана, фото из архива
Изъятый полицейскими марихуана, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Teymur İbrahimovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

BAKI, 27 may — Sputnik. Qazax sakinlərində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Rəşad Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Teymur İbrahimovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0