21:54 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
10

Mövlud İşıq: "Axısqa türklərinin ailələri ilə görüşülüb, onların qəhrəmanlıq hekayələrinin ictimaiyyətə tanıdılması məqsədilə sənədli filmlər üçün razılıq əldə edilib".

BAKI, 25 may — Sputnik. Dünya Axısqa Türkləri Birliyi (DATÜB) tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Axısqa türklərini tanıtmaq üçün əhəmiyyətli layihə həyata keçirilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə DATÜB mətbuat xidmətinin rəhbəri Mövlud İşıq xəbər verib. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın Saatlı, Sabirabad, Yevlax, Samux, Şabran, Quba və Zaqatala rayonlarında Qarabağ müharibəsində şəhid olan Axısqa türklərinin ailələri ilə görüşülüb, onların qəhrəmanlıq hekayələrinin ictimaiyyətə tanıdılması məqsədiylə sənədli filmlər üçün razılıq əldə edilib.

Mövlud İşıq DATÜB rəhbəri Ziyatdin Kassanovun bu məqsədlə aprel ayının sonlarında Azərbaycana səfər etdiyini vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri sənədli filmlərdən əlavə bu barədə kitablar da nəşr olunacağını bildirib.

 

Əsas mövzular