Putinlə Baydenin görüş yeri açıqlandı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidВстреча Владимира Путина с Джозефом Байденом в Москве
Встреча Владимира Путина с Джозефом Байденом в Москве - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Qeyd edək ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini irəli sürmüşdülər.

BAKI, 25 may — Sputnik. ABŞ Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinlə ilk üzbəüz görüşünü iyunun 15-16-da İsveçrədə keçirmək niyyətindədir. Bu barədə CNN telekanalı iki yüksək rütbəli amerikalı məmura istinadla məlumat yayıb.

Xəbərə görə, iki liderin görüş yeri olmağa namizəd şəhərlər arasında ən son iddiaçı Cenevrə olub. Beləliklə, Baydenin Putinlə görüşü ABŞ prezidentin vəzifəyə başladığı gündən bəri çıxdığı beynəlxalq səfərlərin yekunu olacaq.

Qeyd edək ki, məşhur "Politico" nəşri dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Həmçinin oxuyun:

Rusiya Putinlə Baydenin görüşü ideyasına müsbət yanaşır

Baydeni Bakıda gözləyəkmi? Görüşdə qərarlıdır

İndi də Bayden Kim Çen Inla görüşmək istəyir

Xəbər lenti
0