Deputat: "Samux gömrük postunda yüzlərlə tır dayanıb, məhsullar məhv olub gedir"

© Sputnik / Murad OrujovЦеремония открытия моста на реке Самур между Азербайджаном и Россией
Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Millət vəkili Elman Nəsirov bildirib ki, Cəlilabadda kartof əkən fermerlər öz məhsullarını Rusiya bazarlarına çıxarılması ilə bağlı böyük çətinliklə üzləşiblər.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. "Cəlilabadda fermerlər çətinliklərlə üzləşiblər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, Cəlilabadda kartof əkən fermerlər öz məhsullarını Rusiya bazarlarına çıxarılması ilə bağlı böyük çətinliklə üzləşiblər: "Fermerlər mənə deyirlər ki, Samux gömrük postunda yüzlərlə tırlar dayanıb, məhsullar məhv olub gedir. Bu il məhsul boldur, amma problemlər var. Məsələ ilə əlaqədar gömrük orqanları operativlik göstərsinlər".

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 5300 hektardan çox sahədə kartof əkilib, 140660 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 26 sentner təşkil edib. Bu il isə 5400 hektardan çox sahədə kartof əkilib.

Xatırladaq ki, cari ilin əvvəlindən mayın 1-dək respublikada tarlalardan 44,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox kartof toplanıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb.

Həmçinin oxuyun: 

* Əli Əhmədov: "İki manata kartof olmaz"

Xəbər lenti
0