22:35 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
11

Eksperimental-sənədli janrında olan film əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir.

BAKI, 24 may — Sputnik. Azərbaycan 38-ci Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, gənc rejissor Lətif Lətifsoyun "Anya" adlı ilk qısametrajlı filmi festivalın iki əsas müsabiqə bölməsindən biri "Eastern Vista"ya seçilib.

Eksperimental-sənədli janrında olan film, əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir. Filmin xronometrajı 12 dəqiqədir.

Qeyd edək ki, festivalın 38-ci buraxılışı bu ilin 26 may - 2 iyun tarixlərində İranın Tehran şəhərində keçiriləcək. Festival Asiya, Avropa və Böyük Orta Şərqdə ən prestijli və nüfuzlu festivallardan biri hesab olunur.

Əsas mövzular